Zaqatala rayonu Muxax bələdiyyəsinin sədri Valeh Abdullayevlə söhbətimiz yerli vergilərin yığımıyla başladıq:
-Vergi ödənişlərinin poçt və bank şöbələrinə ödənilməsinə başlandıqdan sonra vergilərin yığım səviyyəsində dəyişikliklər öz bəhrəsini verməkdədir. Mən vergilərin yığım səviyyəsində olan dəyişikliklıəri yüksək qiymətləndirirəm. Bələdiyyə vergilərinin ödənilməsinə hər bir vətəndaş məsuliyyətlə yanaşmalıdır. Hər bir vətəndaş bilməlidir ki, ərazidə müxtəlif sosial layihələrin həyata keçirilməsi üçün əsas onun bələdiyyə büdcəsinə ödədiyi vergilərlə bir başa bağlıdır.
- Bələdiyyənizin büdcə gəlirlərinin artırılması üçün hansı addım atırsnız? Bələdiyyə müəssisəniz varmı? Onun fəaliyyəti necə qurulub?
- Bələdiyyənin büdcə gəlirlərinin artırılması istiqamətində işlərimizi qanunvericiliyə əsaslanaraq qurmağa calışırıq qismən də olsa nail ola bilirik. Bələdiyyə büdcəsinin artırılması istiqamətində addımlar atılmış bələdiyyə müəssisəssəsi yaradılması istiqamətində işlərə başlamışıq. Müəssisənin qeydiyata alınması başa catdırılmış ,ilkin sənədlər alınmışdır, müəsssisənin fəaliyyətinin kənd təsərrüfatı istiqamətində fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur.
- Bələdiyyənizdə DMSF- olan borc varmı, əgər varsa onun silinməsi üçün hansı addımlar atırsınız.
-Mən bələdiyyə sədri secilənə qədər Muxax bələdiyyəsinin DSMF-na həmişə borcu olub. Mən bələdiyyə sədr olduqdan sonar borcların yığılıb qalmaması, ödənilməsi istiqamətində öz işimi qurmuşam. şükürlər olsun ki,artıq buna da nail olmuşuq. DSMF-na hər ay olan borcumuzu keçikdirmədən ödəyirik. Bu günə bələdiyyənin DSMF-na borcu yoxdur.
- Sakinlərinizin bələdiyyənizə olan vergi borcunun ümumi həcmi barədə nə deyə bilərsiniz?
-Bələdiyyə büdcəsinə vergilərin ödənilməsi istiqamətində nə qədər calışsaq da yenə də vətəndaşlar tərəfindən əvvəlki illərədn büdcəyə ödənilməmiş borclar qalmaqdadır. Bu borcların ödənilməsi istiqamətində dəfələrlə bələdiyyə üzvləri iclaslarına müzakirə olunmuş xəbərnaməli bildirişlər vətəndaşlara təqdim edilmişdir. Həmin xəbərnamələdən nəticə cıxararaq borclarını ödəyən vətəndaşlarımız var.Bu günə bələdiyyə büdcəsinə əvvəlki illərlə birlikdə vətəndaşların vergi borcları 80.478 manatdır.Bu borclar büdcəyə vaxtında ödənilmiş olsa idi, biz bələdiyyə olaraq ərazidə daha çox iri həcmli layihələri həyata keçirmiş olardıq.
- Borcu olan sakinlərlə münasibət hansı müstəvidə qurulub?
-Bələdiyyəyə verg borcu olan sakinlərlə işlərimizi bütün bələdiyyə üzvləri, qulluqcuları olmaqla dialoq, anlaşma, marifləndiriçi tədbirlərlə qururuq. Bu da işimizə öz müsbət təsirini göstərir .Bu istiqamətdə bələdiyyənin vergi xidməti işinin düzgün qurulması sakinlərlə hər gün təmasda olması onlara vergi ödənişinin vaxtında büdcəyə ödənilməsi üçün qanunvericiliklə tədiyə bildirişlərinin verilməsi istiqamətində işin düzgün qurulması öz müsbət nəticəsini verir.Təəssüflər olsun ki,nə qədər calışsaq da yenə də elə sakinlərimiz vardır ki, vergilərin ödənilməsinə biganə yanaşırlar və müxtəlif bəhanələr gətirsələdə biz öz maarifləndirici tədbirlərimizi görürük.
- Bu gün təsdiq etdiyiniz büdcənizin icrasını necə qiymətləndirirsiz?
-2017-ci il üçün təsdiq edilmiş büdcənin icrası vəziyyəti barədə onu deyə bilərəm ki,ərazidə sosial layihələrin həyata keçirilməsi istiqamətində müəyyən qədər gözə carpacaq işlər görə bilmişik.Bundan başqa ötən llərdən qalan əmək haqqı borcların ödənilməsi istiqamətində işlərimi qurdum artıq bunun da öhdəsindən ilin sonuna gələ biləcəyəmimə ümüd edirəm.Bələdiyyənin ilin sonuna heç bir borcun olmaması istiqamətində işlərimi planlaşdırmışam.Bu istiqamətdə gördüyümüz işlər bizə bunu deməyə əsas verir.Büdcəyə daxil olan vəsaitlər hesabına Muxax bələdiyyəsi ərazisində vətəndaşların müraciətləri əsasında bir sıra layihələri həyata keşirməyə nail olmuşuq.ilin sonuna kimi nəzərdə tutulmuş insanları ərazidə daha çox narahat edən layihələri də həyata keçirə biləcəyik.
- Reklam vergisinin, sanatoriya-kurort rüsümunun yığımı barədə nə demək olar?
- Bələdiyyənin reklam vergisindən və sanatoriya-kurort rüsumu daxil olmamış,bu istiqamətdə ərazimizdə elə bir şərait də yoxdur. Təbii ki,gələcəkdə imkan yaranarsa biz də bələdiyyə olaraq həmin imkanlardan maksimum yararlanmağa calışacayıq.
- Bələdiyyənizin büdcə vəsaitlərinin həcminin artırlması üçün nəyi təklif edərdiniz?
-Bələdiyyəmizin büdcə gəlirlərinin artırılması üçün dövlətimiz tərəfindən bələdiyyələrə qeyri neft sektoru istiqamətində olan kənd təsərrüfatı istiqamətli sahələrinin inkişaf etdirilməsi məqsədi ilə uzunmüdətli aşağı faizlə kreditlərin verilməsini təklif edərdim.Ona görə ki,kənd bələdiyyələri yaxşı olan ki,öz mülkiyyətində olan torpaqlardan səmərəli stifadə etməklə qeyri neft sektoruna öz tövhəsini versin. Mən özüm uzun müddət ən ağır sahə olan maldarlıq sahəsində calışdığım üçün yaxşı bilirəm ki, qeyri neft sektorunun kənd təsərrüfatının inkişafı olduqca cətin bir sahədir.Yaxşı bilirəm ki,buna uzun illərin təcrübəsi, zəhməti lazımdır. Biz də bələdiyyə olaraq istərdik ki, dövlətimizin kənd təsərrüfatı istiqamətində olan layihələrində yaxından iştirak edək bələdiyyə olaraq kənd təsərrüfatının inkişafında öz payımız olsun.
Belediyye.info